Azərbaycan-Kuba Dostluq Cəmiyyətinin Kommünikesi

Cuba Azerbaiyán

Azərbaycan-Kuba Dostluq Cəmiyyəti bir müddət öncə ABŞ hökuməti tərəfindən Kubanın terrora dəstək verən dövlət olması ilə bağlı bəyanatını rədd edir.

Kubanın terrora dəstək verən ölkə kimi siyahıya daxil edilməsi, ABŞ administrasiyasının Kubaya qarşı iqtisadi müharibəsini daha da şiddətləndirmək və Adanın nəfəsini kəsməyə istiqamətlənən soyqırım aktını daha da gücləndirmək üçün yeni aqresiyasıdır.

Hamı tərəfindən tanınan bir faktdır ki, Kuba terrora dəstək verən Dövlət deyil.

Kubanın rəsmi siyasəti terroru bütün forma və təzahürlərindən, xüsusilə də  Dövlət terrorundan imtina etməkdən ibarətdir.

Kubaya qarşı ABŞ ərazisindən təşkil edilən dəhşətli terror aktları həyata keçirilmişdir. 

Bu terror hücumları son altmış ildə çoxlu sayda insan itkisinə və saysız-hesabsız maddi ziyana səbəb olmuşdur. Kuba xalqının məruz qaldığı bu faciə nəticəsində 3478 nəfər həlak olmuş, 2099 nəfər əlil qalmışdır. 

Kuba xalqı və onun İnqilabı 62 il davam edən döyüş və qələbələrini dünyadakı qardaşlarının həmrəyliyi, ilk günkü gücü, qətiyyəti və inqilab eşqi ilə qeyd edir.

Azərbaycandakı həmrəy dostları Kubaya öz dəstəyini ifadə edir və bir daha vurğulayır ki, Kuba tək deyil.

Baki, 12 yanvar 2021-ci il

Categoría
Eventos
Solidaridad
RSS Minrex