En el cuarto aniversario de la desaparición física del líder de la Revolución cubana Fidel Castro, el semanario azerbaiyano “Hafta” públicó hoy y, por primera vez su biografía en idioma azerí.
El medio destaca con una foto de Fidel la traducción íntegra del material tomado del sitio web “Fidel Soldado de las Ideas”.
El rotativo de tirada nacional con el titular “Fidel Castro Ruz: Soldado revolucionario”, destaca la figura y el legado del histórico revolucionario.
Fidel Kastro Ruz: İnqilabçı əsgər
25.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Fidel Alexandro Ruz 13 avqust 1926-cı ildə Kubanın qədim Oriyente əyaləti olan Biranda doğulub. Qalisiya əsilli kasıb kəndli olan atası Anxel Kastro Arxiz torpaq sahibkarı olmaqla yanaşı, iri şəkər qamışı plantasiyaları vardı. Anası Lina Ruz Qonsales Pinar del Rio əyalətindən əkinçi ailəsindən idi.
Biranda yerləşən dövlət kənd məktəbində oxumağı və yazmağı öyrənir, ibtidai təhsilini Santiago de Kuba şəhərində La Salle və Dolores özəl yezuit kollecində alır. Bakalavr təhsilinə eyni kollecdə başlayır, Havanada yerləşən İsa Cəmiyyətinə məxsus Belen Kollecində davam edir, 1945-ci ilin iyununda İncəsənət üzrə Bakalavr dərəcəsinə yiyələnir.
Belen yezuitləri onun barəsində deyirdilər: “İncəsənətlə bağlı bütün fənlərdə həmişə seçilirdi. (...) əsl idmançı idi (...) Hamının heyrətini və sevgisini qazana bilmişdi. Hüquq üzrə təhsil alacaq və şübhə etmirik ki, öz həyat kitabını parlaq səhifələrlə dolduracaq. Fidel istedadlıdır və əsl sənətkar ruhuna malikdir”.
1945-ci ilin sentyabrında Havana Universitetində Hüquq, Sosial Elmlər və Diplomatiya Hüququ ixtisası üzrə təhsilinə başlayır. Orada dərhal universitet tələbə cəmiyyətindəki siyasi mübarizəyə qoşulur və Universitet Tələbə Federasiyasında fərqli vəzifələrdə fəaliyyət göstərir. Puerto Riko İstiqlal Tərəfdarı Komitəsi, qurucusu olduğu 30 Sentyabr Komitəsi və sədrliyini icra etdiyi Dominikan Demokratiya Tərəfdaşlığı Komitəsi kimi müxtəlif mütərəqqi və anti-imperialist tələbə təşkilatlarının tanınmış üzvlərindən olur.
O illərdəki siyasi fəaliyyətinin bir hissəsi olaraq, ölkədəki siyasi və sosial vəziyyətə qarşı saysız-hesabsız etiraz hərəkatlarının həm təşkilatçısı, həm iştirakçısına çevrilir. Repressiv qüvvələr tərəfindən dəfələrlə döyülür və ya həbs edilir.
1947-ci ilin iyul-sentyabr ayları arasında, üçüncü kursda təhsil alarkən, Dominikan diktatoru Rafael Leonidas Truxilyo rejiminə qarşı mübarizə aparmaq üçün təşkil olunmuş ekspedisiya kontingentinə qatılır. Ekspedisiya Kayo Konfites-də təlim keçir. Leytenant, tağım komandiri, daha sonra tabor rota komandiri rütbəsinə qədər yüksəlir. Gəmidə irəliləyən ekspedisiyanı Kuba Hərbi Dəniz Qüvvələrinə məxsus bir freqatı tutur. Fidel ələ keçməmək üçün əlində silahı ilə suya tullanır. Ekspedisiyanın döyüş olmadan həbs olunmasını özünə ayıb hesab edir.
Universitet tələbəsi ikən marksist fikirlərlə maraqlanmağa başlayır.
Kuba Xalq Partiyasının (Pravoslav) mütərəqqi meylli bir tərəfdarı kimi 1948-ci ildən bu Partiyanın və xüsusən də əsas lideri Eduardo R.Çibasın siyasi kampaniyalarında fəal iştirak edir. Siyasi təşkilatı daxilində gənc xadimlər arasında ən radikal və döyüşkən ruh yetişdirmək üçün çalışır. Çibasın ölümündən sonra Karlos Prio hökumətində baş alıb gedən korrupsiyanın üstünü açmaq üçün ikiqat səy göstərir.
Truxilyoya qarşı ekspedisiyaya qatıldıqdan sonra, 1948-ci ildə tələbə lideri olaraq Venesuela, Panama və Kolumbiyaya, sonuncuda təşkil ediləcək Latın Amerikası Tələbə Konqresi təşkil etmək məqsədi ilə səyahət edir. Həmin ilin aprelində Kolumbiya lideri Xorxe Elieser Gaitanın öldürülməsi ilə nəticələnən xalq üsyanı baş qaldıranda Boqotada olur. Yalnız təsadüf nəticəsində sağ qalır.
1949-cu ilin martında ABŞ-ın Havanadakı diplomatik nümayəndəliyi qarşısında Kuba Milli Qəhrəmanı Xose Martinin abidəsinə ABŞ dəniz piyadaları tərəfindən göstərilən hörmətsizliyə qarşı xalqın qəzəbini dilə gətirmək üçün etiraz nümayişi təşkil edir.
Fidel 1950-ci ildə Mülki Hüquq üzrə doktor və Diplomatik Hüquq üzrə bakalavr dərəcəsinə yiyələnir. Hüquq məsləhətxanasında əsasən məzlum təbəqənin müdafiəsi üçün çalışır.
1952-ci ilin 10 mart tarixində Fulxencio Batista çevrilişi baş verəndə, o, faktiki rejimin mürtəce və qeyri-qanuni mahiyyətini pisləyən və onun devrilməsinə çağıranlardan biri olur.
Əsasən Pravoslav sıralarından gələn təxminən 1200 gənc fəhlə, işçi və tələbədən ibarət geniş bir kontingent təşkil edir və yetişdirir. Onlardan 160 nəfəri ilə 1953-cü ilin 26 iyulunda Batista rejiminə qarşı silahlı mübarizənin başlanğıcı hesab edilən hərəkata- Santiago de Kubadakı Monkada və Bayamo kazarmalarına hücuma başçılıq edir.
Qəfil hücum amilinin uğursuzluğu nəticəsində öz məqsədinə nail ola bilmir. Hərbi geriləmədən bir neçə gün sonra repressiv qüvvələr tərəfindən əsir götürülür və 76 gün müddətində təcrid edilir. Daha sonra məhkəmə qarşısına çıxarılır və 15 il həbs cəzasına məhkum edilir. Daim nəzarətdə saxlanıldığı şəraitdə, ona hökm çıxaran məhkəmə qarşısında öz müdafiəsini təşkil edir və Kubada gələcək İnqilab proqramının başlanğıcını qoyduğu və tarixin yaddaşında qalan “Tarix mənə bəraət qazandıracaq” məşhur ifadəsini səsləndirir.
“Heç bir silah, heç bir qüvvə öz hüquqları uğrunda mübarizə aparmağa qərar verən xalqı məğlub etməyə qadir deyil. Keçmiş və indiki tarixi nümunələr saysız-hesabsızdır. Boliviyada mədənçilərin dinamit çubuqları ilə nizami ordunun alaylarını məğlub edərək dağıtması elə bu yaxınlarda baş verib.” - deyə orada bildirir.
Həbsxanadan inqilabi planlarını yetişdirmək və yoldaşlarının nəzəri və ideoloji hazırlığını dərinləşdirməklə yanaşı, zalım rejimi pisləmək fəaliyyətini davam edir.
Güclü təzyiq və xalq hərəkatı nəticəsində 1955-ci ilin mayında azadlığa buraxılır. Növbəti həftələrdə sıx təşviqat və etiraz fəaliyyətinə başlayır, inqilabi mübarizəni davam etdirmək üçün 26 İyul Hərəkatının əsasını qoyur.
1955-ci ilin iyul ayında Batista rejimi əleyhinə mübarizəni qanuni yollarla davam etdirməyin mümkünsüzlüyünü görən Fidel, mühacirətdən silahlı qiyam təşkil etmək üçün Meksikaya yola düşür. Çətin iqtisadi şərait, Batista agentlərinin onu yaxından izləməsi və təqibi altında qiyamçı hərəkatın fikir və məqsədlərini yaymaq üçün sıx kampaniyanı davam etdirməklə yanaşı, güclü təşkilati və hazırlıq işlərini həyata keçirir. ABŞ-a yola düşür və burada inqilabi mübarizəyə siyasi və iqtisadi dəstək almaq üçün sürgün olunmuş həmvətənləri ilə birlikdə "vətənpərvərlik klubları" yaradır. Filadelfiya, Nyu-York, Tampa, Union City, Bridgeport və Mayamidə olur.
"1956-cı ildə ya azad olacağıq, ya şəhid" şüarıyla Fidel, Raul, Xuan Manuel Markes, Xuan Almeyda Boske, Ernesto Çe Gevara, Kamilo Sienfuegos və digər tanınmış inqilabçılar Meksika şəhərinin küçələrində uzun gəzintilər həyata keçirir, dağa dırmaşma, özünümüdafiə, partizan fəndləri və atıcılıq üzrə məşqlər edirlər.
1956-cı ilin 20 iyununda Çe və digər yoldaşları ilə birlikdə həbs olunur. "Düşərgə evləri" aşkar edilir və silahların əhəmiyyətli bir hissəsi ələ keçirilir.
Meksika polisinin onları azadlığa buraxmasından sonra inqilabi fəaliyyətlərini daha da sürətləndirirlər. Granma yaxtasını alır və 1956-cı ilin 25 noyabrında sübh çağı, göyərtəsində olanların orta yaşı 27 olan, 82 nəfər döyüşçü Tuxpan çayından Kubaya yola düşürlər.
7 gün yol qət etdikdən sonra dekabrın 2-də keçmiş Oriyente əyalətinin cənub-qərb sahilindəki Las Koloradas sahilinə yan alırlar. Batista rejimi qüvvələri gəminin yan aldığı yerdən xəbər tutur və onları təqib etməyə başlayır. 5 dekabrda tiran rejiminin ordusu Fidel və silahdaşlarını Alegria de Pio-da qəfil ələ keçirirlər. İnqilabçılar məhv edilir, hücum zamanı bir neçəsi həbs edilir və bir çoxu yerindəcə öldürülür.
Kəndlilərin köməyi sayəsində, Fidel Sinco Palmas adı ilə tanınan yerdə Raulla görüşür və inqilabi qüvvəni yenidən toplayır. Ardından inqilabi mübarizəni davam etdirmək üçün Sierra Maestraya yola düşürlər.
17 yanvar 1957-ci ildə La Plata kazarmasında Batista ordusuna qarşı ilk silahlı əməliyyata rəhbərlik edir və ilk qələbəsini qazanır. Qiyamçı Ordusu böyüməyə və güclənməyə başlayır.
Ali Baş Komandan kimi, 25 aylıq müharibə dövründə hərbi əməliyyatlara, 26 İyul Hərəkatının və qiyamçı qüvvələrin inqilabi mübarizəsinə rəhbərlik edir. “Xose Martí” 1-ci Kolonunu birbaşa öz rəhbərliyi altında saxlayır və müharibə zamanı ilk üsyançı cəbhə bölgəsində baş verən demək olar ki, bütün əməliyyatlarda və ən mühüm döyüşlərdə şəxsən iştirak edir.
Tiran rejiminin elit qoşunlarının ağır məğlubiyyətindən sonra, əsas liderləri vasitəsi ilə, 28 dekabrda Oriyente əyalətində hərbi əməliyyatın baş tutduğu döyüş meydanında qayamçıların qələbəsini tanımaq qərarına gəlirlər. 1959-cu ilin 1 yanvar səhərində Fidel, bütün işçilərin qoşulduğu inqilabi ümummilli tətil və Respublikanın paytaxtında ABŞ hökuməti tərəfindən təşkil edilmiş dövlət çevrilişi ilə üzləşir. Elə həmin gün Santiago de Kubaya qalib kimi daxil olur və 8 yanvarda Havanaya gəlir.
Qiyamçı mübarizəsinin sonunda Ali Baş Komandan vəzifəsini əlində saxlayır. 1959-cu il 13 fevral tarixində inqilabi hökumətin Baş naziri təyin edilir.
Ölkə xaricindən gələn hərbi təcavüz və ya daxildəki əksinqilabçı dəstələrin istənilən fəaliyyəti hallarında ölkənin və İnqilabın müdafiəsi uğrunda aparılan bütün əməliyyatlara, xüsusilə də 1961-ci ilin aprelində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən təşkil olunan və Playa Xiron istiqamətindən həyata keçirilən hücumun dəf edilməsinə başçılıq və iştirak edir.
İnqilabçı hakimiyyət adından 1961-ci ilin 16 aprel tarixində Kuba İnqilabının sosialist xarakterini bəyan edir. 1962-ci ildəki dramatik Oktyabr Böhranı günlərində Kuba xalqına rəhbərlik edir.
Birləşmiş İnqilab Təşkilatlarının Baş katibi və daha sonra Kuba Sosialist İnqilabı Birləşmiş Partiyasının Baş katibi vəzifələrini tutur. Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin 1965-ci il oktyabr Konstitusiyası qəbul ediləndən sonra, o zamandan bəri keçirilmiş beş Partiya qurultayında yenidən təsdiqlənən Birinci Katib və Siyasi Büronun Üzvü vəzifəsini icra edir.
1976-cı ildə yarandığı gündən bəri Xalq Hakimiyyəti Milli Assambleyasına ardıcıl olaraq bütün iclaslarında Santiago de Kuba bələdiyyəsini təmsil edən millət vəkili seçilir. O vaxtdan 2008-ci ilə qədər Dövlət Şurasının və Nazirlər Şurasının Sədri vəzifələrini icra edir.
Fidel 50-dən çox ölkədə Kubanın rəsmi nümayəndəliklərinə rəhbərlik edib.
Yüzdən çox xarici və Kuba yüksək mükafatlarına, habelə Kuba, Latın Amerikası və Avropadakı ali təhsil mərkəzlərindən çoxsaylı fəxri akademik təltiflərinə layiq görülüb.
Yüz minlərlə Kuba mübarizinin Əlcəzair, Suriya, Anqola, Efiopiya və digər ölkələrdəki beynəlmiləlçi missiyalarda iştirakına strateji olaraq rəhbərlik edir və on minlərlə Kuba həkimlərinin, müəllimlərinin və texniki işçilərinin Üçüncü Dünyanın 40-dan çox ölkəsində öz töhfəsini verməsinə, habelə eyni zamanda bu ölkələrdən olan on minlərlə tələbənin Kubadakı təhsil almasına təkan verir və bunu təşkil etmişdir. Yaxın tarixdə Afrika, Latın Amerikası və Karib hövzəsinin çoxsaylı ölkələrində səhiyyə sahəsində Kuba yardım və əməkdaşlıq proqramlarını təşviq etmiş və Kubada Üçüncü Dünya ölkələrindən olan tələbələr üçün tibb elmləri, iman və bədən tərbiyəsi və s. üzrə beynəlxalq məktəblər yaratmışdır.
Üçüncü Dünyanın mövcud beynəlxalq iqtisadi nizama, xüsusən xarici borclara, hərbi xərclər və neoliberal qloballaşma nəticəsində resursların israfına qarşı mübarizəsini, habelə Latın Amerikası və Karib hövzəsi ölkələrinin birliyi və inteqrasiyası naminə səyləri təbliğ etmişdir. Qoşulmama Hərəkatının əsas təbliğatçısı olmuşdur.
Kuba xalqının ABŞ-ın qırx ildən artıq bir müddətdə Kubaya qarşı qoyduğu iqtisadi blokadanın təsirləri və Avropa sosialist cəmiyyətinin dağılmasının iqtisadi
nəticələri ilə mübarizə aparmaq üçün Kuba xalqının qətiyyətli mübarizəsinə rəhbərlik edir və bu amillərdən yaranan ciddi çətinliklərin aradan qaldırılması, Xüsusi Dövr adlanan dövrdə göstərilən müqavimət üçün kubalıların əzmkar səylərinə öz töhfəsini vermiş və ölkənin iqtisadi dirçəliş və inkişafına təkan verib.
Təxminən əlli il ərzində Kuba xalqının inqilabi prosesin möhkəmlənməsi mübarizəsinə rəhbərlik etmiş, onun sosializmə doğru irəliləməsi, inqilabi qüvvələrin və bütün xalqın birliyi, ölkənin iqtisadi və sosial dəyişiklikləri, təhsil, səhiyyə, idman, mədəniyyət, elm, müdafiə, xarici təcavüzlərə qarşıdurma, fəal prinsipial xarici siyasətin həyata keçirilməsi, müstəqillik və tərəqqi üçün mübarizə aparan xalqlarla həmrəylik və insanların inqilabi, beynəlmiləlçi və kommunist şüurunun dərinləşməsi uğrunda təbliğat aparmışdır.
2006-cı il 31 iyul tarixində səhhətində yaranan problemlərə görə tutduğu vəzifələrindən istefa verir. O vaxtdan etibarən sağaldığı müddət ərzində Kuba mətbuatında dərc olunan çoxsaylı məqalələrində çağdaş dünyanın problemlərindən bəhs edir. Ömrünün son illərində illərdə kənd təsərrüfatı, insan və heyvan qidalanması ilə bağlı layihələrinə böyük səylər sərf edir. Mənəvi nüfuzuna görə İnqilabın mühüm və strateji qərarlarını təsir etməyi bacarır.
Fidelin ömrü bir neçə sətrə sığa bilməz. Xalqla daimi və ayrılmaz bağları, parlaq natiqliyi, davamlı olaraq öz üzərində çalışması, İnqilab işinə hüdudsuz fədakarlığı Kuba xalqında silinməz bir iz buraxmış və bütün qitələrdən olan hər yaşdan milyonlarla kişi və qadın üçün ilham rolunu oynamışdır. Kubanın gələcək nəsilləri üçün Marti kimi o da paradiqma və dərin motivasiya mənbəyinə çevriləcəklər.
25 noyabr 2016-cı il tarixində, Kubanın Havana şəhərində, saat 22:29-da, 90 yaşında vəfat edib. Vəsiyyətinə uyğun olaraq, kremasiya olunub. Onun külləri 4 dekabr 2016-cı il tarixində keçirilən təntənəli mərasimlə Santa İfixeniya qəbiristanlığına dəfn edilib.