Importante medio de prensa azerbaiyano informa sobre retorno a la normalidad en Cuba

Cuba Azerbaiyán

THY-dən Kubaya getmək istəyən azərbaycanlı turistlərə əla fürsət

10:30 07.11.2021 Müəllif:Vüsal Tağıbəyli

Yazını böyüt 

Yazını kiçilt 

Türk Hava Yollarının (THY) Bakı ofisinin rəhbəri Seyfullah İylasla Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo arasında baş tutan görüş zamanı THY-nin Bakıdan İstanbula gündə 5 uçuş həyata keçirdiyi, bu uçuşların da öz növbəsində Kubanın paytaxtı Havanaya həftədə 2 dəfə həyata keçirilən uçuşlarla əlaqələndirildiyi bildirilib.

Hafta.az-ın yazdığına görə, THY-nin Bakıdakı Ofisində keçirilən görüşdə tərəfəflər hər bazar ertəsi və cümə günləri Kubaya reallaşdırılan uçuşların Gürcüstan, Türkmənistan, Özbəkistan və başqa Avrasiya ölkələrindən adaya çatmağın birbaşa yoluna çevrildiyi yüksək qiymətləndirilib.

Kubalı diplomat deyib ki, ölkəsində quru, hava və dəniz nəqliyyatı normal fəaliyyətinə qayıdır və noyabrın 15-dən etibarən 10 hava limanında həftədə 400-dən çox reys qəbul etmək planlaşdırırılır.

N.Portuondo əlavə edib ki, təhlükəsiz tranzitə zəmanət vermək məqsədilə səyahət edənlərin gəlişi məqsədilə hava terminallarında artıq ciddi sağlamlıq tədbirləri görülür. Səfir həmçinin vurğulayıb ki, Kubadakı mövcud epidemioloji vəziyyət son həftələr COVİD-19-a yoluxma hallarının azaldığını göstərir.

Səfir, Kubada noyabrın 7-dən etibarən ölkəyə gələn beynəlxalq səyahətçilərin məcburi karantin rejiminə cəlb olunması qaydalarının aradan qaldırıldığını və noyabrın 15-dən ölkəyə daxil olarkən PCR testinin də ləğv ediləcəyini vurğulayıb. Bütün səyahətçilər bunun əvəzinə sağlamlıq pasportu və ya COVİD-19 əleyhinə peyvəndi təsdiqləyən beynəlxalq sertifikat təqdim etməlidirlər. O, həmçinin bildirib ki, müvafiq tənzimləyici qurumların təsdiqlədiyi bütün peyvəndlər ölkəsində tanınacaq. Peyvənd olunmayan bütün səyahətçilər PCR testindən keçməlidirlər. 12 yaşına çatmamış uşaqlar isə ailələri ilə birlikdə gəldikləri təqdirdə peyvənd cədvəlini təqdim etməkdən azad olunacaqlar.

Səyahətçinin sağlamlıq bəyannaməsi vasitəsilə epidemioloji nəzarət aparılacaq. Onun əvvəlcədən rəqəmsal şəkildə doldurulması istiqamətində işlər görülür. Digər tərəfdən, maskanın məcburi istifadəsi ölkə daxilində qüvvədə qalır və sağlamlığa nəzarət işçiləri gəliş zamanı simptomları olan səyahətçilərə PCR testi edəcəklər və onlar səhiyyə müəssisəsinə göndəriləcəklər. N.Portuondo qeyd edib ki, turist məkanlarında müşahidələr aparılacaq və onların təhlükəsiz şəkildə vaxtlarını keçirməsinə diqqət yetiriləvcək.

O, həmçinin vurğulayıb ki, fərdi kirayə evlərində qalan qonaqlarda tənəffüs-yoluxucu xəstəliklərin əlamətləri aşkar edilərsə, vaxtında səlahiyyətli orqanlara məlumat verməlidirlər.

THY Bakı ofisinin rəhbəri Seyfullah İlyas isə öz növbəsində, turizm agentliklərini və aviaşirkətləri Kubanın Bakıdakı diplomatik nümayəndəliyi ilə sıx əlaqələr yaratmağa çağırıb. Bundan əlavə, THY rəsmisi Kubanın turizm məkanının Azərbaycanda tanıdılmasını çox vacib olduğunu, Türk Hava Yollarının bütün səyahətçilərə keyfiyyətli xidmət göstərmək istəyini vurğulayıb.

Dünyanın 128 ölkəsində 331 istiqamətə uçuşlar həyata keçirən THY, İstanbulu Dubaydan sonra dünyanın bir-birinə ən çox bağlayan ikinci şəhəri edib. THY həmçinin, 2021-ci ildə Avropada gündəlik ən çox uçuş həyata keçirən ikinci hava yolu şirkəti və Türkiyənin ən qiymətli brendidir.

Categoría
Eventos
RSS Minrex