Kuba həm qayıdır, həm də Azərbaycanda qalır

Cuba Azerbaiyán

Kuba Respublikasının Prezidenti Miguel Díaz-Canel Bermúdez bu cümə axşamı COVID-19-a qarşı mübarizədə Azərbaycanda əməkdaşlıq edən “Henry Reeve” Fəlakət Vəziyyətləri və Ağır Epidemiyalar üzrə İxtisaslaşmış Həkimlərdən ibarət Beynəlxalq Kontingentinin ilk qrupunu vətəndə salamladı.

Yeni koronavirus infeksiyasının Qarşısının alınması və Nəzarət üzrə Müvəqqəti İşçi qrupundan başlayaraq, Kuba Respublikasının Prezidenti Miguel Díaz-Canel Bermúdez bu cümə axşamı COVID-19-a qarşı mübarizədə Azərbaycanda əməkdaşlıq edən “Henry Reeve” Fəlakət Vəziyyətləri və Ağır Epidemiyalar üzrə İxtisaslaşmış Həkimlərdən ibarət Beynəlxalq Kontingentinin ilk qrupunu vətəndə salamladı.

 “Onu deməliyəm ki, sizin işiniz mükəmməl idi, buna görə Azərbaycanın pandemiyaya qarşı mübarizədə əldə etdiyi nəticələrdə kubalı mütəxəssislərin əhəmiyyətli töhfəsi ölkənin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi”. – deyə ölkə başçısı həkimlərə video müraciətində  vurğuladı.

Bu qrup 117 nəfər mütəxəssisdən ibarətdir ki, onlardan 48 nəfəri həkim, 67 digər mütəxəssis və 2 nəfər rus dili müəllimidir.

Tibb işçilərindən ibarət bu komanda işlədikləri ilk ay COVID-19-a yoluxan yüngül və orta dərəcəli xəstələrin müalicə olunduğu modul tipli xəstəxanaya uyğunlaşdırılan Abşeron Olimpiya Kompleksində  fəaliyyət göstərmişdi. Orada Daxili xəstəliklər, İntensiv terapiya, Aralıq terapiya, Təcili tibbi yardım, Gigiyena və epidemiologiya, Əczaçılıq və Fiziki tibb və reabilitasiya sahələri üzrə xidmət göstərməyə başlamışlar.

25 noyabr tarixində Azərbaycan rəhbərliyinin qərarına əsasən, ölkədə epidemioloji vəziyyətin ağırlaşmasını nəzərə alaraq, briqadanın böyük əksəriyyəti  52-si ağır dərəcəli xəstələrin müalicəsinə ayrılmış, ümumilikdə  900 çarpayı sayına malik paytaxtın ən böyük xəstəxanası olan Bakının1 saylı Kliniki Tibbi Mərkəzi “Semaşko” ya köçürüldü.

 Azərbaycanın Səhiyyə rəhbərliyi bu Avrasiya regionunda  pandemiyaya qarşı mübarizədə Antil adalarının tibb personalı tərəfindən göstərilən yüksək peşəkarlıq, texniki səviyyə, humanizm və fədakarlığı yüksək dəyərləndirmişlər.

“Henry Reeve” kontingentinin 115 nəfərdən ibarət digər briqadası ölkədə fəaliyyətini hələ davam etdirir.

Rəqəmlərlə desək: (Tibb briqadasının Azərbaycandakı fəaliyyəti)

-25 873 nəfər müayinə edilmiş xəstə

-297 sayda laborator analiz 

-514 sayda Rentgen müayinəsi

-156 832 sayda tibb personalı tərəfindən həyata keçirilmiş prosedur

-6 774  nəfər reabilitasiya edilmiş pasient

-25 874 sayda təlim fəaliyyəti

Categoría
Cooperación
Eventos
Relaciones Bilaterales
Situaciones Excepcionales
Solidaridad
RSS Minrex