Qeyri-rəsmi tərcümə
ABŞ doğru istiqamətdə addımlar atır, lakin blokada hələ də qalmaqdadır.
Kuba Xarici İşlər Nazirliyinin bəyanatı
14 yanvar 2025-ci ildə Birləşmiş Ştatlar hökuməti qərarını elan etdi: 1) Kubanı Dövlət Departamentinin terrorizmə sponsorluq etdiyi iddia edilən ölkələr siyahısından çıxarmaq; 2) ABŞ məhkəmələrində Helms-Burton Aktının III bəndinə əsasən irəli sürülən iddialara qarşı tədbir görülməsinin qarşısını almaq məqsədilə prezident səlahiyyətindən istifadə etmək; və 3) ABŞ vətəndaşlarının və qurumlarının üçüncü ölkələrə öz təsirini göstərən, maliyyə əməliyyatları həyata keçirməsinin qadağan olunduğu qurumlar qrupunu təyin edən məhdudiyyət qoyulmuş Kuba qurumlarının siyahısını ləğv etmək.
Məhdud təbiətinə baxmayaraq, bu, doğru istiqamətdə və Kuba hökumətinin və xalqının davamlı və qəti tələbi ilə, xüsusən də Latın Amerikası və Karib hövzəsi ölkələrinin çoxsaylı hökumətlərinin, xaricdə yaşayan kubalılar, siyasi, dini və ictimai təşkilatlar, ABŞ və digər ölkələrdən çoxsaylı siyasi xadimlərinin geniş, qətiyyətli və təkrarən çağırışı ilə alınan bir qərardır. Kuba hökuməti hər kəsə töhfəsi və həssaslığına görə təşəkkürünü bildirir.
Bu qərar digərləri ilə birlikdə Kuba iqtisadiyyatına ciddi ziyan vuran, əhaliyə ağır təsir göstərən konkret məcburedici tədbirlərə son qoyur. Bu, Kubanın Birləşmiş Ştatlar hökuməti ilə rəsmi mübadilələrində toxunulan bir mövzudur və daima olmuşdur.
Qeyd etmək vacibdir ki, iqtisadi blokada və onu gücləndirmək üçün 2017-ci ildən bəri tətbiq edilmiş onlarla məcburedici tədbirlər tam olaraq ekstraterritorial təsirə və beynəlxalq hüququn və bütün kubalıların insan hüquqlarının pozulması ilə qüvvədə saxlanılır.
Yalnız bir neçə misal gətirmək üçün Kubanın idxal üçün qanuni hüququ olan yanacaq tədarükünə qarşı qanunsuz və təcavüzkar təqiblər davam edir. Kubanın digər ölkələrlə qanuni beynəlxalq tibbi əməkdaşlıq müqavilələrinin qəddar və absurd təqibləri davam etməkdədir, beləliklə, milyonlarla insanı səhiyyə xidmətlərindən məhrum etmək və Kuba ictimai səhiyyə sisteminin potensialını məhdudlaşdırmaq təhlükəsi yaranır. Kuba və ya hər hansı bir sıravi vətəndaş tərəfindən Kuba ilə əlaqəli beynəlxalq maliyyə əməliyyatları qadağandır və onlara qarşı təqibedici tədbirləri görülür. Kubada yanaşan ticarət gəmiləri də hədələnir.
Digər tərəfdən, çox məhdud və tənzimlənən istisnaları saymasaq, bütün ABŞ vətəndaşları, şirkətləri və ABŞ korporasiyalarının törəmə müəssisələrinin Kuba və ya Kuba qurumları ilə ticarət etməsi qadağandır. Kuba ilə ticarət etmək və ya sərmayə qoymaq istəyən hər hansı bir ölkənin vətəndaşlarına qarşı təqib, hədə-qorxu və təhdidlər ABŞ-ın rəsmi siyasəti olaraq qalmaqdadır. Kuba ABŞ hökumətinin öz vətəndaşlarına səfər etməyə qadağa qoyduğu bir məkandır.
İqtisadi müharibə əhali üçün yüksək insan dəyəri ilə Kuba iqtisadiyyatının inkişafı və bərpası üçün əsas maneə olmaqda davam edir və mühacirət üçün təkanverici qüvvə olaraq qalır.
Amerika Birləşmiş Ştatlarının bu gün açıqladığı qərar, qəddar və ədalətsiz siyasətin aspektlərinə çox məhdud şəkildə düzəliş edir. Bu, doğru addım atmaq niyyəti var idisə, əvəzində heç kimdən heç nə tələb etmədən, hərəkətsizliyə haqq qazandırmaq üçün bəhanələr uydurmadan elementar ədalət aktı kimi illər əvvəl edilməli olduğu halda, indi, hakimiyyət dəyişikliyi ərəfəsində, həyata keçirilən bir düzəlişdir. Kubanı terrorizmi himayə edən dövlətlərin özbaşına siyahısından çıxarmaq üçün həqiqəti tanımaq, belə bir təyinat üçün heç bir səbəbin tamamilə olmaması və hətta Amerika Birləşmiş Ştatları hökumətinin agentliklərinin etiraf etdikləri kimi, ölkəmizin terrorizmlə mübarizədə nümunəvi fəaliyyətini tanımaq kifayət olmalı idi.
Məlumdur ki, həmin ölkənin hökuməti Kubaya qarşı davranışında legitimliyin, etikanın, ardıcıllığın və məntiqin olmamasının əlaməti olaraq, digər hallarda olduğu kimi bu gün də qəbul etdiyi tədbirləri gələcəkdə yenidən qaytara bilər.
ABŞ siyasətçiləri bunu etmək üçün adətən vicdanlı əsaslandırma tapmağa vaxt ayırmırlar, belə ki, 1960-cı ildə dövlət katibinin köməkçisi Lester Mallorinin təsvir etdiyi baxış qüvvədə qalır və burada məqsəd kubalıları iqtisadi mühasirə, səfalət, aclıq və çarəsizlik yolu ilə diz çökdürməkdən ibarətdir. Bu hökumət Kubanın öz müqəddəratını təyinetmə hüququnu tanımaqda və qəbul etməkdə aciz olmağa davam etdikcə və Kubaya qarşı soyqırım və qeyri-qanuni iqtisadi boğucu siyasətinin yaratdığı beynəlxalq təcridin siyasi bədəlini öz üzərinə götürməyə hazır olduğu müddətcə, özlərinə bəraət qazandırmaqda davam edəcəklər.
Kuba bu iqtisadi müharibə siyasətinə, müdaxilə proqramlarına və hər il Amerika Birləşmiş Ştatlarının federal büdcəsindən on milyonlarla dollarla maliyyələşdirilən dezinformasiya və nüfuzdan salma əməliyyatlarına qarşı durmağa və onu pisləməyə davam edəcək. Amerika Birləşmiş Ştatları eyni zamanda, fikir ayrılıqlarına baxmayaraq, bu ölkə ilə dialoqa və bir-birinin daxili işlərinə qarışmamağa və hörmətə əsaslanan münasibətləri inkişaf etdirməyə hazır olacaq.
Havana, 14 yanvar 2025-ci il