Xarici İşlər Nazirliyi, ABŞ hökuməti tərəfindən kinayəli və riyakar formada Kubanın terrora dəstək verən dövlət olması kimi saxta dəyərləndirməni qəti və mütləq şəkildə pisləyir.
Artıq bir neçə aydır ki, Dövlət Departamenti heç bir tutarlı əsası olmadan, tam qanunsuz və heç bir səlahiyyətə malik olmadan, Kubanı terrora dəstək verən ölkələrin birtərəfli siyahısına daxil etməklə bağlı imkanı barədə fürsət axtarır və bunu, ABŞ imperializminin şıltaqlıqlarına boyun əyməyən və ona müqavimət göstərən xalqlara qarşı məcburedici iqtisadi sanksiyaları tətbiq etmək üçün böhtan aləti kimi istifadə edir.
Dövlət Katibi Maykl Pompeo tərəfindən edilən bu açıqlama nüfuzdan düşmüş, ləyaqətini itirmiş və mənəvi cəhətdən tam iflasa uğramış bir hökumətə yaraşan bir hərəkətdir. Şübhəsiz, bu hərəkətin əsl məqsədi Kuba ilə ABŞ arasında ikitərəfli münasibətlərin bərpa olunması üçün mümkün bütün imkanlara əlavə maneələr yaratmaqdan ibarətdir.
Hamı tərəfindən tanınan bir faktdır ki, Kuba terrora dəstək verən Dövlət deyil. Rəsmi və açıq yürüdülən siyasət, ölkə olaraq qüsursuz davranış kimin kimə qarşı və harada törədilməsindən asılı olmadan terroru bütün forma və təzahürlərində pislənməsi deməkdir.
Kuba özü terror qurbanı olan ölkədir. ABŞ hökuməti tərəfindən törədilən və ya rəsmi orqanların göz yumması nəticəsində onun ərazisindən maliyyələşən və həyata keçirilən terror aktı nəticəsində Kubada 3478 nəfər həlak olmuş, 2099 nəfər isə əlil qalmışdır. Biz, kubalılar, belə həssas mövzuda fürsətçilik siyasəti həyata keçirməyə yönəlmiş hər bir addımı nifrətlə pisləyirik.
Havana, 11 yanvar 2021-ci il