Azərbaycan- Kuba Dostluq Cəmiyyətinin bəyanatı

Cuba Azerbaiyán

Dünyanın əksər ölkələrində olduğu kimi Covid-19-un mənfi təsirlərinə məruz qalan Kubaya qarşı öz soyqırım siyasətini yürüdən ABŞ hökuməti qurbanların sayını artırmaq və adada xaos yaratmağa çalışmaqla yenə qəzəbə səbəb olur.

Hal-hazırda Kuba öz ənənəvi təchizatçılarının bəzilərindən süni nəfəs aparatlarını (ağ ciyər ventilyasiya aparatları) əldə edə bilmir, çünki ABŞ-a məxsus bir şirkət bu tibbi avadanlıqları istehsal edən iki şirkəti satın almışdır. Bu aparatlar COVİD-19-a yoluxmuş ağır və kritik halda olan insanların müalicəsi üçün ən zəruri elementi təşkil edir.

Pandemiyanın geniş vüsət aldığı bir dövrdə BMT və bütün dünya ictimaiyyətinin  əməkdaşlıq və həmrəyliklə bağlı çağırışlarına məhəl qoymayan ABŞ hökuməti Kuba və başqa xalqlara qarşı öz soyqırım siyasətini davam etdirir.

Dünyanın ən qüdrətli dövləti COVİD-19-la mübarizə aparmaq üçün tibb işçilərinə ehtiyacı olan ölkələrə demək olar 20-dən çox tibbi dəstək briqadası göndərərək, öz tibbi personalı ilə dünyanın 60-dan çox ölkəsinə yardım göstərən bu kiçik və mübariz xalqı yaşamaq hüququndan məhrum edir.

1192-ci ildən bəri davamlı olaraq 28 ildir ki, BMT-nin Baş Assambleyası ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi İqtisadi, Ticari və Maliyyə sanksiyasını pisləyərək buna son qoymasını tələb edir. Kubanın ötən ilin oktyabr ayında səsləndiyi son bəyanatı 187 ölkənin dəstəyini almışdır ki, bu Beynəlxalq Birliyin praktiki olaraq yekdil mövqeyi deməkdir. Bunlar hamısı kifayət etmir.

Bununla belə, ABŞ-ın hazırki hökuməti bütün bəşəriyyət üçün bu çətin vaxtlarda qardaş Kuba xalqına bərpa olunmaz zərər vuracaq yeni sanksiyalar tətbiq etməklə blokadanı genişləndirmiş və  daha da sərtləşdirmişdir.

Azadlıq adasına qarşı tətbiq edilən blokadanı dönə-dönə pisləyir və bir daha diqqətinizə çatdırırıq ki, 60 ildən bəri Ağ Evin yeganə məqsədi Kuba İnqilabını məhv etməkdir və buna nail olmaq üçün heç bir yoldan  çəkinmir.

Arif Hüseynov

Professor, Azərbaycanın xalq şairi

Azərbaycan- Kuba Dostluq Cəmiyyətinin sədri

Categoría
Bloqueo
Eventos
Solidaridad
RSS Minrex