Azərbaycandakı Kuba Tibb Briqadasının işi müsbət qiymətləndirilir

Cuba Azerbaijan

Cümə günü Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel  Nieves Portuondo Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə baş çəkmiş, bu səhiyyə ocağının  direktoru doktor İlham Qafarov, direktor müavini Hüseyn Məsimov, Beynəlxalq Əlaqələr departamentinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (TƏBİB) protokolunun rəhbərləri ilə görüş keçirmişdir.

Hər iki tərəf, Kubanın “Henry Reeve” Tibb Briqadasının Odlar Yurdunda fəaliyyətə başlamasından bir neçə gün ərzində xəstələrə olan xidmət keyfiyyətinin yüksəlməsi, habelə yerli tibb işçiləri arasında yoluxma riskinin azalmasında onların birbaşa müsbət təsirini vurğuladılar.

Səfir öz növbəsində 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində iki ölkənin prezidentinin görüşü zamanı səhiyyə sahəsində əməkdaşlıq məsələsinə xüsusi diqqət ayrıldığını qeyd etdi.  Eyni zamanda, kubalı həkimlərin buraya gəlişinin ikitərəfli münasibətlərə, xüsusilə də hər iki xalqın bir-birinə yaxınlaşmasına təkan verdiyini vurğuladı. Fürsətdən istifadə edərək, cənab səfir qarşı tərəfi “Hamı üçün Sağlamlıq” Konfransı kimi Kubada keçirilən elm və səhiyyə sahəsində tədbirlərə, habelə xəstəxanalar arası tvinninqə dəvət etdi.

Görüşdə səfiri müşayiət edən Həkim Briqadasının rəhbəri doktor Dalsi Torres Avila və Kubanın Xarici İşlər Nazirliyinin ikinci katibi Liset Kamaço Vivo müalicə protokolları və Kuba istehsalı olan bəzi unikal biotexnologiya dərman preparatları məsələsinə toxundular. Hər iki tərəf göstərilən isti münasibətə görə təşəkkürlərini ifadə etdilər.  

Doktor İlham Qafarov və müavini doktor Hüseyn Məsimov bizim həkimlərin bu qədər tarixə və ənənəyə malik bu səhiyyə ocağında gördükləri işə görə təşəkkürlərini bildirdilər və xəstəxananın bölgüsü və fəaliyyəti barəsində məlumat verdilər. İnsan həyatı xilas etmək kimi nəcib bir işdə öz Azərbaycanlı həmkarları ilə birlikdə göstərdikləri fədakarlığa görə öz heyranlıqlarını ifadə etdilər.

13 avqust tarixində, Baş Komandanımızın anadan olmasının 94-cü il dönümündə, Kubanın 42-ci Tibb Briqadası “Henry Reeve” bu Qafqaz ölkəsində covidlə mübarizəsinin birinci ayını qeyd edəcək.

7 avqust tarixinə olan rəqəmlərə görə, Kuba Tibb Briqadası 3688 xəstəni müalicə etmiş, 97 nəfərin həyatını xilas etmiş və 4688 tibbi prosedur həyata keçirmişdir.

Sovetlər dövründən fəaliyyət göstərən Bakı 1 saylı Klinik Tibbi Mərkəzi paytaxtın ən böyük xəstəxanasıdır. Klinika hal-hazırda yalnız COVID-19-ə yoluxanların müalicəsi üçün ayrılan 6 müalicə korpusu, 1 mərkəzi laboratoriya və inzibati binaların da daxil olduğu 10 korpusdan ibarət paytaxtın ən böyük xəstəxanasıdır.  Ümumilikdə 38 şöbəyə malikdir. Post-covid mərhələsində xəstəxananı  ürək-damar cərrahiyyəsi  və nüvə təbabəti kimi yeni ixtisasların daxil olacağı yüksək texnologiyalara məxsus bir mərkəzə çevirmək üçün işlər aparılır. 

Categoría
Cooperación
Eventos
Multilaterales
Relaciones Bilaterales
Situaciones Excepcionales
Solidaridad
RSS Minrex