Kubanın bioloji preparatlar sənayesinin imkanları

Cuba

Dünyada öz növündə unikal preparatlar olan Heperprot- P, CIMAvax- EGF peyvəndi, habelə mərkəzi sinir sistemi xəstəlikləri, xərçəng, hepatit B və ya meninqoensefalit kimi xəstəliklərin müalicəsi üçün terapiyaları yaratması Kubanı biotexonlogiya sahəsində dünyanın aparıcı qüvvəsinə çevirmişdir. 

Fürsətdən istifadə edərək, biotexnologiya, habelə xərçəng və digər xəstəliklərə qarşı dərman preparatlarının istehsalı sahəsində birgə layihələrin hazırlanmasında cavabdehlik daşıyan Kuba şirkəti BioCubaFarmanı təqdim edirik.

 Biotexnologiya və Əczaçılıq Sənayesi Qrupu olan BioCubaFarma ölkənin elmi-texniki inkişafının əsasında Kuba xalqının səhhətinin yaxşılaşdırılması, ixrac oluna biləcək məhsul və xidmətlərin yaradılması, habelə qabaqcıl  texnologiyalar vasitəsilə qida məhsullarının istehsalına istiqamətlənmiş yüksək texnologiyalara əsaslanan dərman preparatları, avadanlıqlar və xidmətlər istehsal edir.  

Təşkilatın 6300 universitet tələbəsi, 200-dən çox Elmlər Doktoru, 1000-dən çox Magistr elmi dəcərəli mütəxəssis, 1000-dən çox innovativ Texnoloq və Texnik və 600-dən çox Tədqiqatçının olduğu 21 700 nəfərdən artıq əməkdaşı vardır.

 Biliyin mənbəyi olduqlarına görə əməkdaşlar Təşkilatın ən dəyərli resursudurlar. Onlar əldə edilən nəticələrə əlavə dəyər gətirir və sənaye üçün rəqabət üstünlüyü təmin edən bir fərqləndirici elementdirlər.

MƏHSULLAR:

Əsas istehsal sahəsini yoluxucu xəstəliklərə qarşı peyvəndlər, xərçəngin müalicəsi üçün biyofarmasötik maddələr (monoklonal antikorlar və terapevtik peyvəndlər daxildir), ürək-damar xəstəliklərinin profilaktikası və müalicəsi üçün dərmanlar, həmçinin diabetik ayaq yarasının müalicəsi üçün preparatlar təşkil edir. Bundan əlavə, ümumi məhsullar və yeni nəsil farmasevtik birləşmələr, habelə bədxassəli şişlərin erkən diaqnostikası və qarşısının alınması, malformasiyalar, irsi metabolik xəstəliklər və s. üçün sistemlər hazırlayır.

 Eyni zamanda təbii və ənənəvi tibb və kənd təsərrüfatı tədqiqatları əsasında istehsal edilən məhsullar və qabaqcıl texnologiya, nanotexnologiya, neyroelm və neyrotexnologiyadan istifadə olunaraq hazırlanan tibbi avadanlıqlar təklif edilir.

BioFarmaCuba Kubada 500-dən çox farmasevtik və 30 biloloji preparatları üçün sanitar qeydiyyata malikdir; xaricdə isə onun şirkətləri 50-dən çox ölkədə 800-dən artıq sayda sanitar qeydiyyat əldə ediblər.

BioFarmaCuba pasiyentlərin səhhətinə yüksək təsir göstərmək üçün onlara aşağıdakı Kompleks Qulluq Proqramları təklif edir:

 X Profilaktik peyvəndlər vasitəsilə xəstəliklərin qarşısının alınması

X Xərçəngin profilaktikası, diaqnostikası və  müalicəsi

X Diabet xəstələrinə kompleks qulluq

 X Ürək-damar xəstələriklərinin diqanostikası və rehabilitasiyası üçün xidmətlər

X  Eşitmə pozğunluğu zamanı kompleks qulluq

X  Uşaqlarda sinir sisteminin inkişaf pozğunluqlarının erkən aşkarlanması

X Genişlənmiş prenatal və neonatal skrininq

X Hamilə qadınlar, hepatopatiyası olan xəstələr, QİÇS, hepatit B, hepatit C, Denge və Şaqas xəstəliyinə yoluxma riski daşıyan əhali və qruplarda epidemioloji müşahidə

Xaricdə verilən patentlərin ümumi sayı 2000-dən çoxdur ki, buraya beynəlxalq səviyyədə tanınan dərman preparatları- diabetik ayaq xorasının müalicəsində istifadə edilən Heperprot-P, və baş və boyun, qida borusu və beyin şişlərinin müalicəsi üçün istifadə olunan monoklonal antikor Nimotuzumab daxildir.

BioFarmaCuba məhsullarını 48 ölkəyə ixrac edir və onun xaricdə kliniki inkişaf Proqramı özündə 35 ölkədə aparılan 23 Kliniki Sınağı ehtiva edir.

Beynəlxalq səviyyədə yayılmasına gəldikdə isə bu sektor arasında layihələr üzrə danışıqların aparılması, Tədqiqat- İnkişaf üzrə birgə layihələrinin hazırlanması, distribyutorluq və nümayəndəlik sazişləri, texnologiya transfer müqavilələri, adadan kənarda birgə müəssisələr və 100 faizlik  Kuba kapitalı olan şirkətlərin olduğu müxtəlif biznes formalarından istifadə edir. Bundan əlavə, Mariel Xüsusi İnkişaf Zonasında imtiyazlı yerə sahib olmaq imkanı ilə Kubaya birbaşa xarici sərmayələrin qoyulmasını təşviq edir.

SEKTORİAL İNKİŞAF:

Kubada strateji partnyorları ilə ümumi dərman vasitələrinin hazır formaları və  aktiv farmasevtik inqrediyentlərinin hazırlanması üçün layihələr təşviq etmək. Biotexnologiya məhsullarına gəldikdə isə xüsusi şirkətlər milli layihələri tamamlamaq, əqli mülkiyyətin qorunub saxlanılması və birlikdə yaradılacaq məhsulların düzgün istifadəsi, habelə istehsal potensialının formalaşması və inkişafını təmin etmək baxımından dəyərləndiriləcəklər.

http://foro.feriahavana.com/bundles/frontend/pdfs/farmaceutica-es.pdf

https://www.biocubafarma.cu/inicio

Categoría
Eventos
RSS Minrex