Şimali Amerikanın Kubaya tətbiq etdiyi blokadaya qarşı Azərbaycan-Kuba Dostluq Cəmiyyətinin bəyanatı

Cuba Azerbaiyán

Azərbaycan-Kuba Dostluq Cəmiyyəti Amerika Birləşmiş Ştatlarının iqtisadi və maliyyə blokadasını aradan qaldırmaq üçün Kubanın apardığı mübarizədə onunla həmrəy olduğunu bir daha ifadə edir.

Helms-Burton qanununu əsas götürərək Kubaya qarşı tətbiq etdiyi iqtisadi, ticari və maliyyə sanksiyalarını daha da sərtləşdirmək üçün Amerka Birləşmiş Ştatlarının atdığı addımlar adaya qarşı aqresiv siyasətinin yeni bir mərhələsidir.

Amerika Birləşmiş Ştatlarının altmış il bundan öncə tətbiq etdiyi iqtisadi, ticari və maliyyə sanksiyalarını şifrələməyə xidmət göstərən Helms-Burton qanunu mühasirəni beynəlxalq səviyyədə sərtləşdirmək, habelə keçid və müdaxilə planlarının əsasını qoymağa istiqamətlənmişdir.

Bu blokada sosial və beynəlxalq həmrəylik sahəsində bütün dünyada nümunə kimi çıxış edən suveren bir xalqın insan hüquqlarının pozulmasının qəbuledilməz bir göstəricisidir.

Bir ölkənin iqtisadi inkişafına mane olaraq, ona xələl gətirərək, bütün bir xalqı tabe etməyə çalışaraq bu blokadanı hal-hazırda daha da sərtləşdirmək qəbul edilməzdir.

Azərbaycan-Kuba Dostluq Cəmiyyəti blokadaya qarşı və milli suverenliyin müdafiəsində Kubaya olan dəstəyini bir daha izhar edir və BMT-nin nizamnaməsinin əsas prinsiplərinə əks olan bu blokadanı sərt şəkildə pisləyir.

Arif Huseynov

Azərbaycan-Kuba Dostluq Cəmiyyətinin sədri,

xalq rəssamı, professor

Categoría
Bloqueo
Eventos
Relaciones Bilaterales
Solidaridad
RSS Minrex