May
03
2020
Prezident Diaz-Kanel Qoşulmama Hərəkatına üzv Ölkələrin virtual Zirvə Görüşündə iştirak edəcək
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Qoşulmama Hərəkatının hazırki sədri Azərbaycan tərəfinin təşəbbüsü ilə çağırılan, Qoşulmama Hərəkatına üzv müxtəlif regionlardan olan nümayəndələrin daxil olduğu Təmas Qrupu formatında təşkil ediləcək “COVID-19-a qarşı birlikdəyik” mövzusunda virtual Zirvə Görüşündə iştirak edəcəkdir.
4 may tarixində Kuba vaxtı ilə 07.00-da videokonfrans vasitəsilə ilə baş tutacaq Görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçiriləcək.