Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Qoşulmama Hərəkatının hazırki sədri Azərbaycan tərəfinin təşəbbüsü ilə çağırılan, Qoşulmama Hərəkatına üzv müxtəlif regionlardan olan nümayəndələrin daxil olduğu Təmas Qrupu formatında təşkil ediləcək “COVID-19-a qarşı birlikdəyik” mövzusunda virtual Zirvə Görüşündə iştirak edəcəkdir.
4 may tarixində Kuba vaxtı ilə 07.00-da videokonfrans vasitəsilə ilə baş tutacaq Görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçiriləcək.
Öz növbəsində, Dias-Kaneli Kubanın Xarici İşlər Naziri Bruno Rodriges Parilya və Səhiyyə Naziri Xose Anxel Portal Miranda müşayiət edəcəklər.
Hazırki vəziyyətdə, Hərəkatın əhəmiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) dəstəyin ifadə olunduğu və COVID-19-la bağlı qəbul edilən, dünyada birlik, həmrəylik və beynəlxalq əməkdaşlığın təşviq edildiyi, habelə siyasi fərqləri bir kənara qoymaq, pandemiyanın öhdəsindən səmərəli şəkildə gəlməkdə Dövlətlərin imkanlarını məhdudlaşdıran və Beynəlxalq Hüquqa, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olan birtərəfli sanksiyaları ləğv etməklə bağlı çağırışların səsləndiyi Komunikelərdə öz təsdiqini tapır.