COVID-19-a qarşı mübarizə aparmaq üçün Kubadan gələn tibbi briqada artıq Azərbaycandadır.

Cuba Azerbaiyán

Kubanın “Henry Reeve” Fəlakət Vəziyyətləri və Ağır Epidemiyalar üzrə ixtisaslaşmış Həkimlərin Beynəlxalq Kontingentinin müxtəlif ixtisaslı 115 səhiyyə işçisindən ibarət briqadası COVID-19-a qarşı mübarizədə əməkdaşlıq etmək üçün bu gün 13 iyul tarixində Azərbaycanın paytaxtı Bakıya gəldi.
Bu gündən etibarən Adanın səhiyyə kollektivi pandemiyaya qarşı mübarizədə Azərbaycanlı həkimlər və ümumilikdə tibbi personalı ilə çiyin-çiyinə mübarizə aparacaq.
Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in yüksək vəzifəli şəxsləri ilə birlikdə Heydər Əliyev Beynəlxalq Hava Limanında tibbi briqadanı qarşıladılar.
Kubalı diplomat briqadanın hər bir üzvünün yüksək humanizmi və peşəkarlığını vurğulayaraq bildirdi ki, Kuba yeni missiya ilə hal-hazırda Karib hövzəsi, Mərkəzi Amerika, Avropa, Cənubi Amerika, Afrika və Orta Şərqin 35 ölkəsində mübarizəyə qoşulub.
Qarşılama zamanı bu çətin vaxtlarda əməkdaşlıq və həmrəyliyin böyük əhəmiyyəti vurğulandı.
Digər tərəfdən, prezidentin köməkçisi və Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev briqadanın gəlişindən bir müddət öncə çıxışı zamanı Kubanın səhiyyə və tibb sahəsində, xüsusi ilə Ebola virusuna qarşı mübarizədə geniş təcrübəyə malik olduğunu vurğulamışdı.
Bundan əlavə, Hacıyev Azərbaycan və Kuba arasında dostluq əlaqələrinin mövcud olduğunu və bu çərçivədə ölkələrimiz arasında imzalanan müvafiq sənədə uyğun olaraq kubalı həkimlərin ölkəmizdə fəaliyyət göstərəcəklərini bildirdi.
“Henry Reeve” Fəlakət Vəziyyətləri və Ağır Epidemiyalar üzrə ixtisaslaşmış Həkimlərin Beynəlxalq Kontingentinin 42-ci briqadası COVID-19-a qarşı mübarizə aparmaq üçün Böyük Antil adalarının mütəxəssislərini qəbul edəcək ilk Şərqi Avropa ölkəsi olan Azərbaycana yola düşmək üçün bu bazar günü Havanada bir araya gəldi.

Categoría
Cooperación
Eventos
Multilaterales
Relaciones Bilaterales
Situaciones Excepcionales
Solidaridad
RSS Minrex