Medios cubanos: La COP29 de Azerbaiyán fue recordada con serios resultados

Bakú, 24 de febrero, AZERTAC

El periódico cubano Trabajadores publicó una entrevista entre el periodista Arsenio Rodríguez Pérez y el embajador de Azerbaiyán en Cuba, Ruslan Rzayev, titulada "COP29: Acuerdos para reducir el cambio climático".

Según AZERTAC , en la entrevista, Ruslan Rzayev dijo que Azerbaiyán organizó con éxito un evento internacional tan prestigioso como la COP29, que nuestro país se preparó muy bien para un evento de tan gran escala en solo 11 meses y que la conferencia fue recordada por sus serios resultados. El embajador destacó que más de 76 mil personas de 197 países se han registrado para participar en la conferencia, y participan más de 80 jefes de Estado y de gobierno, así como jefes de organizaciones internacionales.

El Embajador también destacó en la entrevista que se han logrado avances significativos en las conversaciones con la Presidencia azerbaiyana, incluido el lanzamiento del Fondo de Pérdidas y Daños y la disposición del Fondo para compartir recursos financieros en 2025. Se señaló que la Presidencia de Azerbaiyán en la COP29 proporcionará a los países en desarrollo 1,3 billones de dólares en financiación climática anualmente. El nuevo acuerdo de objetivos financieros de Bakú, un compromiso con este fin, incluye proporcionar al menos 300.000 millones de dólares anuales a los países en desarrollo hasta 2035.

Ruslan Rzayev habló sobre las 14 iniciativas climáticas de Azerbaiyán como Presidente de la COP29, así como sobre la creación de un formato "Troika" para fortalecer la cooperación entre los países anfitriones anteriores y posteriores.

Kuba mediası: COP29 ciddi nəticələrlə yadda qaldı

  • 24.02.2025 [01:27]

 COP29 ciddi nəticələrlə yadda qaldı

Bakı, 24 fevral, AZƏRTAC

Kubanın “Trabajadores” qəzetində jurnalist Arsenio Rodriqez Perezin Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev ilə “COP29: İqlim dəyişikliyinin azaldılmasına dair sazişlər” başlıqlı müsahibəsi dərc edilib.

AZƏRTAC-ın məlumatına görə, müsahibədə R.Rzayev Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etdiyini, cəmi 11 ay ərzində ölkəmizin böyük miqyaslı belə bir tədbirə çox yaxşı hazırlaşdığını və konfransın ciddi nəticələrlə yadda qaldığını bildirib. Səfir konfransda iştirak etmək üçün 197 ölkədən 76 mindən çox insanın qeydiyyatdan keçdiyini, 80-dən yuxarı dövlət və hökumət başçılarının, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyini vurğulayıb.

Səfir müsahibədə həmçinin, Azərbaycanının Sədrliyi ilə keçilən müzakirələrdə nəzərəçarpacaq nailiyyətlərin əldə olunduğunu, bu xüsusda İtki və Zərər Fondunun işə salınması, Fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşmağa hazır olması vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın COP29-a Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin edəcək. Bunun üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşması inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər hər il ən azı 300 milyard ABŞ dolları vəsaitinin verilməsini ehtiva edir.

R.Rzayev Azərbaycanın COP29-un Sədri qismində 14 iqlim təşəbbüsü irəli sürməsindən, habelə öncəki və sonrakı ev sahibi ölkələr arasında əməkdaşlığı gücləndirmək məqsədilə üçlük (“Troyka”) formatının yaradılmasından danışıb.

(EmbaCuba Azerbaiyán-Azertac)

 

Categoría
Eventos
Multilaterales
Relaciones Bilaterales
RSS Minrex