Semanario “HAFTA” en idioma azerí reporta sobre conmemoración en Bakú del 125 aniversario de la caída en combate del Apóstol

Alfredo Nieves Portuondo

El Semanario azerí  “Hafta.az “ destaca homenaje efectuado en esta nación caucásica  al Héroe Nacional de Cuba, José Martí Pérez,  en el 125 aniversario  de su caída en combate  

https://hafta.az/telebelerimiz-kubanin-milli-qehremani-xose-marti-peresi-yad-edibler-280707-xeber.html

Tələbələrimiz Kubanın Milli Qəhrəmanı Xose Marti Peresi yad ediblər

Müəllif:Vüsal Tağıbəyli

Bu gün Meksikanın ölkəmizdəki diplomatik nümayəndəliyi tərəfindən təşkil edilən viodekonfrans layihəsində iştirak edən Azərbaycan Dillər Universitetinin tələbələri Kubanın Milli Qəhrəmanı Xose Marti Peresin həlak olmasının 125-ci ildönümünü yad ediblər.

Hafta.az yazır ki, virtual görüşdə çıxış edən Kuba səfiri Alfredo Nieves Portuondo Kuba və Latın Amerikasının inqilabi təfəkküründə Xose Marti Peresin rolundan söz açıb. Kubalı diplomat tələbələrə, bütün insanların hüquq-bərabərliyi uğrunda, habelə Kubada müstəmləkə hakimiyyətinə qarşı mübarizənin sadiq müdafiəçisi olan Martinin köləlik, irqi ayrı-seçkilik və ictimai ədalətsizliyə qarşı necə mübarizə apardığını izah edib.

Eyni zamanda, cənab Portuondo öz çıxışında qeyd edib ki, Marti Meksika, Qvatemala və Venesuelada yaşadığı müddətdə bu xalqları bir-birindən fərqləndirən mədəniyyətləri ilə yaxından tanış olub və bütün kubalılarda beynəlmiləlçilik hissini oyadıb.

Digər tərəfdən, qəhrəmanın anılmasında iştirak edən Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini azərbaycanlı tələbələrin Latın Amerikası ölkələrinin idealları, adət-ənənələri və mədəniyyəti haqqında məlumatlarının olmasını vacibliyini yüksək qiymətləndirib.

Səfir Labardini kubalı qəhrəmanın ömrünün son vaxtlarından bəhs edən “İki çay, mənşə” adlı sənədli filmin nümayişinə görə minnətdarlığını bildirib və gəncləri Latın Amerika xalqlarının tarixi ilə daha yaxından maraqlanmağa çağırıb.

Xatırladaq ki, XIX əsrin ən böyük Latın Amerikalı siyasi mütəfəkkirinə çevrilmək üçün yaşadığı dövrün hüdudlarını aşan, geniş dünyagörüşə malik bir kubalı - Kubanın Milli Qəhrəmanı Xose Xulian Marti Peres 1895-ci il may ayının 19-da döyüşdə həlak olub.

Categoría
Eventos
Solidaridad
RSS Minrex