Adada pandemiyanın idarəsi ilə bağlı ikimənalı bəyanatlarına görə ABŞ prezidentinə cavab olaraq Kuba alimlərinin məktubunu Kuba və bütün dünyadan olan minlərlə şəxs imzalayıb.
İsmarıc bütün dünyadan olan həkim, Səhiyyə işçiləri, akademiklər, ziyalılar və tanınmış şəxsiyyətlərin dəstəyini qazanıb, onlar aşağıdakı link-ə daxil olaraq rəylərini bəyan ediblər: https://www.cienciacubana.cu/es
Kubanın Biotexnologiya və Əczaçılıq Sənayesi Biznes Qrupu (BioCubaFarma) öz rəsmi Twitter hesabından adıçəkilən web səhifəni paylaşıb və insanlar o səhifəyə daxil olaraq kubalı alimlərin bəyanatlarına öz dəstəklərini ifadə edə bilərlər.
15 iyul tarixində ABŞ prezidenti Kubanı uğursuz Dövlət kimi qələmə verdi və onun COVID-19-a qarşı mübarizədəki bacarığımızın üzərindən xətt çəkdi.
Yalan, həqiqətə kölgə salmağa istiqamətlənmiş bu bəyanat qarşısında Kuba xalqı və geniş sayda beynəlxalq ictimaiyyət nümayəndələri Antil adaları xalqının səhiyyədə, əsasən pandemiaya qarşı mübarizədə uğurlarını vurğulamaq üçün məktub ünvanlayacaq.
Məktubun mətnində inmunizasiya 1962-ci ildən bəri Kubanın Səhiyyə Sisteminin bir hissəsini təşkil etdiyi və bunun nəticəsi kimi son bir neçə on illikdir ki, bir sayda belə qızılcaya yoluxma halı qeydə alınmadığı vurğulanır.
Bütün ölkə ərazisində yerli peyvəndlərlə COVID-19-a qarşı peyvəndləmə prosesi həyata keçirilir.
Böyük Antil adalarında uşaqlarda bəzi xəstəliklərə qarşı peyvəndləmə göstəricilərinin 99%-i əhatə etdiyini təsdiqləyən Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Uşaq Fondu kimi beynəlxalq təşkilatlarla Kuba arasında sıx əməkdaşlıq mövcuddur.
Bu təşkilatların heç biri ABŞ-ın bu yaxınlarda etdiyi kimi, Kuba xalqına peyvənd vurulması uçun bu Karib dövlətinə müdaxilə etmək təklifini irəli sürmək ehtiyacı duymayıb. Əksinə, poliomielit kimi xəstəliklərin kökünü kəsmək üçün dünya səviyyəsində səylərdə kubalı mütəxəssislərdən yardım almaq və ya Afrikaya meningit xəstəliyinə qarşı milli peyvəndləri ixracı üçün müraciət edib.